Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 14 ünvanında yerləşən obyektin (qeyri-yaşayış sahəsinin) müsabiqə vasitəsilə icarəyə verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN

E L A N I

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 14 ünvanında yerləşən obyektin (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.
Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

1. Obyekt (qeyri-yaşayış sahəsi) haqqında məlumat
(11.12.2015-ci il tarixinə)

Ünvanı: Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 14

Sahəsi: 56,7 kv.m.

Balansaxlayıcısı: Gəncə Tibb Kolleci

Obyektin fəaliyyət növü:  xidmət

Obyektin xarakteristikası: 1 mərtəbəli yeməkxana binası

Vəziyyəti: istifadəyə tam yararlı

Obyektin aylıq start icarə haqqı məbləği : 45,36 manat

Müsabiqədə iştirak etməyə hüquq
verən, obyektin aylıq start icarə
haqqı məbləğinin 10 faizi
həcmində hesablanan beh kimi
ödəniləcək icarə haqqı məbləği: 4,53 manat

Ödəniş forması: manat, (AZN).

2. Sifarişçilər qarşısında qoyulan şərt və tələblər

2.1. İcarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək.
2.2. İcarəyə verilən obyekin, ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması.
2.3. Birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi.
2.4. İcarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünün qorunub saxlanılması.
2.5. Dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi (“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən və aylıq start icarə haqqı məbləğindən az olmamaq şərti ilə).

3. Sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə).
3.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN 2000015631) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53 NABZ 0136 0150 0000 0000 3944 saylı hesabına (kod 501004, müxbir hesabı AZ74 NABZ 0145 1700 0000 0000 1944, VÖEN 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) hesabına müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan behin köçürülməsini təsdiq edən qəbz. (Müsabiqənin qalibi tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir, müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır. )
3.3. Sifarişçi hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- reyestrdən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surəti;
- təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün).
Sifarişçi fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
- sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün).
3.4 Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir
3.5 Aşağıdakı sənədlər sifarişçilər (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca bağlı zərfdə (zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir) təqdim edilir:
- dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair müsabiqə təklifi.
Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.

4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:
4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 (iyirmi) gün müddətində icarə müqaviləsinin imzalanmasını.
4.1.2. İcarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürülməsini.
4.1.3. Müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini.

Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası:

Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək və müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün 11.01.2016-cı il tarixinədək iş günləri saat 9:00-dan 18:00-dək aşağıdakı ünvana müraciət edə bilərlər:
Gəncə şəhəri, F.Əliyev küçəsi 3, Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsinin yerləşdiyi bina, tel.: 022-265-08-81.
Sifarişçilərin ərizə və təkliflərinin qəbulu 11.01.2016-cı il tarixinədək iş günləri saat 10:00-dan 18:00-dək bu ünvanda aparılacaqdır:
Gəncə şəhəri, F.Əliyev küçəsi 3, Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsinin yerləşdiyi bina.
Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsinin yerləşdiyi binada 12.01.2016-cı il tarixində, saat 11:00-dan başlayacaqdır.