Kateqoriya Əlaqəli şəxs Ümumi sayı (ədəd, cüt, dəst, kq, həb, qr, litr) Start qiyməti (manatla) 5% beh (manatla) İştirak haqqı 0,5% (manatla)
Mebel və aksesuarları Əsədov İdrak 0552997673 30 1892.14 94.61 9.46
Tibbi alət, ləvazimat, avadanlıqlar Əsədov İdrak 0552997673 110 8972.67 448.63 44.86
Tekstil, parça, pərdə və xalça Əsədov İdrak 0552997673 37 2977.43 148.87 14.89
Gigiyenik, kosmetik və yuyucu vasitələri Əsədov İdrak 0552997673 1006 10150.51 507.53 50.75
İKT avadanlığı Əsədov İdrak 0552997673 185 18807.71 940.39 94.04
Təsərrüfat, tikinti avadanlıqları, kimyəvi məhsullar Əsədov İdrak 0552997673 1468 57168.28 2858.41 285.84
Kənd təsərrüfatı məhsulları, avadanlıqları Əsədov İdrak 0552997673 46 1861.65 93.08 9.31
Məişət əşyası və avadanlığı, dəftərxana ləvazimatı Əsədov İdrak 0552997673 747 16 897.92 844.90 84.49
Hərrac 28 fevral 2024-cü il tarixində saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Qeyd:
• Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh və iştirak haqqını ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (hər həftənin cümə axşamı, saat 14:00-17:00). Əmlaklar "Azərterminalkompleks" Birliyinin anbarında yerləşir.
• Siyahıda qeyd olunmuş mallar 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxır.
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.4-cü bəndinə əsasən gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.
• Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 5% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir.

• Sifarişə aşağıdakı sənədlər əlavə edilməlidir:

- hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışın surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- aşağıdakı hesaba 5% behin köçürülməsini təsdiq edən sənədin surəti;
Beh və İştirak haqqının ödənilməsi üçün hesab nömrəsi:
Ünvan: Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk 20
Tel: 195-1