Kateqoriya Əlaqəli şəxs Start qiyməti (manatla) 5% beh (manatla) İştirak haqqı 0,5% (manatla)
12 ədəd nəqliyyat vasitəsi (siyahı əlavə olunur) Xanbabayev Emin 0552997673 12300 615 61,5
Toyota Land Cruiser Xanbabayev Emin 0552997673 7200 360 36
Hərrac 12 oktyabr 2023-cü il tarixində saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Qeyd:
• Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (1 nömrəli lot üzrə sıra nömrəsi 7-12 olan əmlaka baxış hər həftənin cümə axşamı saat 14:00-17:00, digər əmlaka baxış isə hər həftənin cümə günü, saat 14:00-17:00). Əmlaklar "Azərterminalkompleks" Birliyinin anbarında yerləşir.
• Siyahıda 1-ci sırada qeyd olunmuş 12 ədəd nəqliyyat vasitəsi 4-cü dəfə 25% qiyməti aşağı salınmaqla hərraca çıxır. • Siyahıda 2-ci sırada qeyd olunmuş nəqliyyat vasitəsi 3-cü dəfə 10% qiyməti aşağı salınmaqla hərraca çıxır.
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.4-cü bəndinə əsasən gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.
• Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 5% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir.
• Nəqliyyat vasitələrinin açarı və qeydiyyat şəhadətnaməsi, cərimə və girov barədə məlumat yoxdur.
• Sifarişə aşağıdakı sənədlər əlavə edilməlidir:

- hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışın surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- aşağıdakı hesaba 5% behin 0,5% iştirak haqqının köçürülməsini təsdiq edən sənədin surəti;
Behin və iştirak haqqının ödənilməsi üçün hesab nömrəsi:
Ünvan: Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk 20
Tel: 195-1


Lot № Nəqliyyat vasitəsinin adı Əlaqəli şəxs Start qiyməti (manatla) 5% beh (manatla) 0,5% iştirak haqqı (manatla)
1 Mercedes E Xanbabayev Emin  0552997673       300.00   15.00 1.50
2 Mercedes markalı yük maşını Xanbabayev Emin  0552997673    5 625.00   281.25 28.13
3 Vaz 2109  Xanbabayev Emin  0552997673       375.00   18.75 1.88
4 OPEL VECTRA   Xanbabayev Emin  0552997673       487.50   24.38 2.44
5 AUDI A4 Xanbabayev Emin  0552997673       750.00   37.50 3.75
6 MERCEDES E 320CE Xanbabayev Emin  0552997673       637.50   31.88 3.19
7 Taxta yeşiyin içində qəza zamanı sağ qalmaq üçün dəst Xanbabayev Emin  0552997673       750.00   37.50 3.75
8 VAZ 2107 markalı avtomobil Xanbabayev Emin  0552997673       150.00   7.50 0.75
9 QAZ 24 markalı  avtomobil Xanbabayev Emin  0552997673       225.00   11.25 1.13
10 Samand (İran) markalı avtomobil Xanbabayev Emin  0552997673    1 875.00   93.75 9.38
11 Mersedec E Class (qəzalı) Xanbabayev Emin  0552997673       375.00   18.75 1.88
12 Mersedec S 500 (kuza) Xanbabayev Emin  0552997673       750.00   37.50 3.75