Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında %-lə
1 Bakavtoservis
№303 20.11.2000
Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q.Rəşad küçəsi, 845-ci məhəllə 1299800.00 649900 2.00 195178 30.03 390356.00 195178.00 19517.80
2 Bərdə Mexaniki Təmir № 272 25.10.2000 Bərdə rayonu, Alaçadırlı kəndi 245038.00 122519 2.00 36787 30.03 73574.00 36787.00 3678.70
3 Beyləqan Buzxana
№100 15.04.2011
Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi 87536.00 87536 1.00 39393 45.00 39393.00 19696.50 1969.65
4 Biləsuvar Broyler №388 02.03.1998 Biləsuvar rayonu, Nəsimi kəndi 297458.00 148729 2.00 44733 30.08 89466.00 44733.00 4473.30
5 İmişli Yağ Pendir №660 29.08.1997 İmişli rayonu, Rəsullu kəndi 238217.60 119109 2.00 35773 30.03 71546.00 35773.00 3577.30
6 Kürdəmir Aqrotexservis
№915 27.10.1997
Kürdəmir şəhəri,Vaqif küçəsi,5 333008.00 166504 2.00 49952 30.00 99904.00 49952.00 4995.20
7 Ləki Sinklənmiş qablar №532 06.04.1998 Ağdaş rayonu, Ləki qəsəbəsi 178828.00 89414 2.00 26835 30.01 53670.00 26835.00 2683.50
8 Salyan broyler №376 26.12.2000 Salyan rayonu, Xələc kəndi 1120118.00 560059 2.00 168225 30.04 336450.00 168225.00 16822.50
9 Salyan Reproduktor Quşçuluq
№46 31.01.2002
Salyan rayonu, Qaraçala qəsəbəsi 220530.00 110265 2.00 33099 30.02 66198.00 33099.00 3309.90
10 Ucar ağac emalı
№52 27.02.2004
Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 10 70352.00 35176 2.00 10573 30.06 21146.00 10573.00 1057.30
11 Ucar Tikinti Avtonəqliyyat
№126 27.04.2012
Ucar şəhəri, Dədə Qorqud yaşayış sahəsi 128546.00 64273 2.00 28851 44.89 57702.00 28851.00 2885.10
12 Zaqatala Fındıq
№25 06.01.1998
Zaqatala şəhəri,Azərbaycan prospekti, 37
838868.80
419434 2.00 125992 30.04 251984.00 125992.00 12599.20

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Pul hərracı 2021-ci il oktyabr ayının 19-da saat 09:30-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 193 nömrəli çağrı mərkəzi vasitəsi ilə və xidmətin privatization. az portalından ala bilərsiniz.