Dövlət əmlakının
hərraclar vasitəsi ilə satışı
özəlləşdirilən əmlakin onun
barəsində alıcidan hər hansi bir
şərtin yerinə yetirilməsi tələb
olunmadan özəlləşdirmədə alıci
kimi taninan fiziki və hüquqi
şəxslərin mülkiyyətinə
qanunvericiliklə müəyyən edilmiş
qaydada özgəninkiləşdirilməsidir.
Bu zaman
əmlak üzərində mülkiyyət hüququ
hərracin gedişində maksimum
qiymət təklif etmiş aliciya
verilir.
Dövlət
əmlakinin satişi üzrə keçirilən
ilk iki hərracda sifariş
verilmədikdə (və ya əmlak
satilmadiqda) Dövlət Əmlakinin
İdarə Edilməsi üzrə Dövlət
Komitəsi tərəfindən üçüncü
hərracda həmin əmlakın star
qiyməti ilkin start qiymətinin
10%-i həcmində, dördüncü
hərracda ilkin start qiymətinin
25%-i həcmində, beşinci hərracda
ilkin start qiymətinin 50%-i
həcmində aşağı salına bilər.
Dövlət
əmlakınin hərraclar vasitəsi ilə
satişi qaydaları Azərbaycan
Respublikasinin Prezidenti
tərəfindən müəyyən edilir.